Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib və qeydə alınmayıb.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib.
“Təəssüf hissi ilə bildirirəm ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”, - o əlavə edib
Paşinyan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələrinin bəyanatlarını oxuyub. O, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Stefan Viskontiyə və ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatından sitatlara istinad edib.
“Separatçılar Ermənistanın köməyi ilə Dağlıq Qarabağın böyük hissəsini və Azərbaycanın daha 7 rayonunu nəzarətdə saxlamaqda davam ediblər”, - deyə Paşinyan Dövlət Departamentinin hesabatlarından birindəki qeydi oxuyub.
**15:38
“Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin layihəsi ilə bağlı hələ razılıq əldə edilməyib”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müqavilə layihəsi üzərində işlər davam edir: “Bununla belə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmaq üçün hazır deyil”.