Buxarestdə Xəzər dənizi-Aİ yaşıl enerji dəhlizi müzakirə olunub

Buxarest səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Rumıniyanın energetika naziri Sebastian Ioan Burduja arasında görüş olub.

Energetika Nazirliyindən Senzor.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Rumıniya Prezidentlərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında əməkdaşlıq üçün əhəmiyyəti, energetika sahəsində münasibətlərin çoxşaxəli və intensiv inkişafı vurğulanıb. “Xəzər dənizi - Avropa İttifaqı yaşıl enerji dəhlizi” ilə bağlı inkişaf planlarının Azərbaycan-Rumıniya enerji tərəfdaşlığı üçün strateji əhəmiyyəti bir daha qeyd edilib. Yaşıl enerji dəhlizinin yaradılması çərçivəsində imzalanan Memorandumla nəzərdə tutulan işlərin sürətlə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda təbii qazla bağlı müqavilələr çərçivəsində müzakirələr aparılıb, bu istiqamətdə Romqaz və SOCAR arasında mütəmadi əlaqələrin əhəmiyyəti qeyd edilib. Qarşı tərəfdən SOCAR-ın Rumıniyadakı fəaliyyətinin yüksək qiymətləndirildiyi, bu fəaliyyətin inkişafının bazardakı rəqabətlilik və enerji təhlükəsizliyi nöqteyi-nəzərdən əhəmiyyətli olduğu diqqətə çatdırılıb.

Görüşdə enerji sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıqdan irəli gələn bir sıra digər məsələlər də nəzərdən keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.