Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində baş vermiş partlayışla əlaqədar başsağlığı verib.
Senzor.az xəbər verir ki, bu barədə XİN “Twitter“də paylaşım edib.
“Dağıstanın Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxlu sayda insanın xəsarət alması xəbəri bizi dərindən kədərləndirir.
Bu faciədə yaxınlarını itirən ailələrə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - XİN qeyd edib.
Xatırladaq ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində dünən yerli vaxtla saat 21:50-də yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində 30 nəfərin öldüyü, 100 nəfərdən çox insanın yaralandığı bildirilib. Yaralıların içində azyaşlılar da var.