Keniyanın Baş naziri Ermənistanın qeyri-konstruktiv addımları barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev ölkənin Baş naziri Musalia Mudavadi ilə görüşüb.


Senzor.az-ın xəbərinə görə, səfirliyin yaydığı məlumatda bildirilib ki, görüş M.Mudavadinin cari ilin mart ayında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Bakıya səfəri haqqında xoş xatirələri ilə başlayıb.


Səfir Hacıyev 30 illik işğal ərzində Ermənistan tərəfindən viran edilmiş və 44 günlük müharibə nəticəsində azad edilmiş Azərbaycan torpaqlarına əhalinin qayıdışı məqsədilə həyata keçirilən irimiqyaslı bərpa və yenidənqurma işləri, bu günə qədər dinc əhalinin həyatına ölümcül təhlükə yaradan və çoxsaylı qurbanlara səbəb olan mina təhlükəsi və minatəmizləmə haqqında məlumat verib.


Səfir, eyni zamanda, Ermənistanın davam edən qeyri-konstruktiv addımları barədə ətraflı məlumat verib. Ermənistanın təxribatlarına baxmayaraq, Azərbaycanın bölgədə sülh və inkişaf naminə səylərini davam etdirəcəyini diqqətə çatdırıb.


Görüş zamanı Azərbaycan-Keniya münasibətlərinin daha da inkişaf edilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb. İnformasiya və kommunikasiya texnologiyaları, enerji, turizm, investisiya, kiçik və orta biznes, mədəniyyət, idman və bir çox digər sahələrdə əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial mövcud olduğu vurğulanıb.


Daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.