Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 17-də Qafana səfər edib.
Senzor.az bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Paşinyanın səfərindən öncə təhlükəsizlik tədbirləri məqsədilə Qafanın küçələrinə polis və xüsusi təyinatlılar yeridilib.
Ermənistan hökumətinin başçısı Milli Təhlükəsizlik Xidmətinin (MTX) Qafandakı sərhəd zastavasına baş çəkib. O, sərhəd zastavasının məişət şəraiti, kinoloji imkanları və silah anbarı ilə tanış olub.
Kadrlardan görünür ki, onu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan müşayiət edir. Sərhəd zastavasında Paşinyana məlumat verilib ki, heç bir sərhəd pozuntusu və ya insident naş verməyib.
Ermənistan Nazirlər Kabinetinin rəhbəri Qafanda yerli hakimiyyət orqanlarının rəhbərləri ilə görüş keçirib.
Senzor.az