"Moldova taxıl tranziti ilə bağlı Ukraynaya kömək etmək istəyir".
Bunu Moldova Prezidenti Maya Sandu RFI-yə müsahibəsində deyib.
"Moldova müharibə başlayandan taxılın tranziti ilə bağlı Ukraynaya yardım təklif edir. Təkcə indi deyil, Dunay limanlarının bombalandığı vaxtdan təklif edib. Biz bu mürəkkəb məsələnin həllini tapmağa çalışırıq", - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Moldova Ukrayna, Rumıniya və Avropa Komissiyası ilə ölkənin öz fermerlərinin maraqlarını necə uzlaşdıra biləcəyini və Ukraynadan taxılın tranzitini necə təmin edə biləcəyini anlamaq üçün danışıqlar aparır.
M.Sandu əmindir ki, Moldova Ukraynaya kömək etməlidir: "Aydındır ki, həll yollarından biri bu dövrün potensialını artırmaq üçün nəqliyyat infrastrukturuna, dəniz infrastrukturuna sürətlə sərmayə qoymaqdır. Çünki biz ixracımızı artırmaq, infrastrukturumuzu inkişaf etdirmək istəyirik və bunu Avropa İttifaqının resursları hesabına edə bilərik”.("Report")