ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RQ-4 Global Hawk” pilotsuz uçuş aparatı (PUA) Qara dəniz üzərində görüntülənib.
Qazeta.ru bildirir ki, bunu “Flightradar” xidmətinin məlumatları sübut edir.
Mənbənin məlumatına görə, “FORTE10” çağırış nişanlı pilotsuz uçuş aparatı NATO-nun Siciliya adasında yerləşən Siqonella hərbi dəniz bazasından havaya qalxıb. Aparat Rusiyanın Krasnodar diyarının və Ukrayna Krımının sahilləri boyunca 15-16 km yüksəklikdə orta hesabla 980 km/saat sürətlə hərəkət edir.
Məlumata görə, dron Rusiyanın Soçi şəhərinə təxminən 100 km məsafədə yaxınlaşıb.
Qeyd edək ki, “RQ-4 Global Hawk” ABŞ-nin strateji kəşfiyyat PUA-sıdır. 18 km hündürlükdə uça bilir və 12 300 dəniz milindən (təxminən 23 000 km - red.) çox uçuş məsafəsinə malikdir.