Belarus sərhədçiləri Litva ərazisinə pilotsuz uçuş aparatı (PUA) buraxmaq istəyən iki ölkə vətəndaşını saxlayıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi (DSK) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, avqustun 17-dən 18-nə keçən gecə sərhədçilər Voronovski rayonunun (Qrodno vilayəti) Qorodişe kəndində iki Belarus vətəndaşını saxlayıblar. Həmin şəxslər Belarus-Litva sərhədindən üzü Lityaya doğru üzərinə radioəlaqə vasitəsi bərkidilmiş pilotsuz uçuş aparatı buraxmaq niyyətində olublar. Qanunsuz fəaliyyətlə məşğul olan şəxslər inzibati məsuliyyətə cəlb ediliblər.
DSK-dan qeyd edilib ki, avqustun əvvəlindən bəri bu, Litva ilə sərhəddə PUA-ların qanunsuz istifadəsi ilə bağlı üçüncü insidentdir.
“Sərhəd zolağında pilotsuz uçuş aparatdan istifadə etmək və ya ona sahib olmaq, habelə sərhəd xidməti orqanlarına xəbərdarlıq etmədən onu sərhəd zolağında yerləşən yaşayış məntəqələrindən kənarda qoymaq qadağandır”, - DSK-dan xatırladılıb və qaydalara əməl edilməməsi halında cərimənin tətbiq olunduğu bildirilib.