Ukrayna Silahlı Qüvvələrinin təyyarə tipli pilotsuz uçuş aparatının (PUA) köməyi ilə Moskva və Moskva vilayətində obyektlərə qarşı terror aktı törətmək cəhdinin qarşısı alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Uçan aparat Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən aşkar edilib və hücumun qarşısı radioelektron vasitələrlə alınıb. PUA idarəetməni itirərək Krasnoqorsk şəhərinin Putilkovo qəsəbəsi yaxınlığındakı boş əraziyə düşüb.
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Belqorod şəhəri üzərinə uçan hədəfi də zərərsizləşdiriblər. Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Tələfat və dağıntı olmayıb.