“NATO-nu Ukraynaya silah tədarükünü dayandırmağa çağırırıq” - RUSİYA XİN

“Rusiya Federasiyası bir daha NATO ölkələrini Ukraynaya silah və hərbi texnika tədarükünü dayandırmağa və “evində” işlər barədə düşünməyə çağırır”.


Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ukrayna münaqişəsi ilə bağlı nazirliyin saytında yazıb.


Rusiya bir daha NATO ölkələrinin rəhbərliyini V.Zelenskiyə düşünmədən və məsuliyyətsiz şəkildə silah vurmaq əvəzinə öz ictimaiyyətinin səsinə qulaq asmağa çağırır”, - nazirlikdən bildirilib.


O əlavə edib ki, Qərb ölkələrinin vətəndaşları Ukraynaya göndərilən bütün vəsaitlərin hara xərcləndiyi barədə getdikcə daha çox narahat olmağa başlayıblar, baxmayaraq ki, bütün pullar öz vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün xərclənə bilər.


XİN rəsmisi Qərbin münaqişəni danışıqlar yolu ilə həll etmək niyyətinə də toxunub. Onun sözlərinə görə, bu məsələ ilə bağlı danışıqların artması Kiyevə etibar etməyin mümkünsüzlüyü problemini gündəmə gətirir.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.