Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Moldovanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Senzor.az bildirir ki, bu barədə xarici siyasət idarəsi “X” sosial şəbəkəsində paylaşım edib.
“Müstəqillik Günü münasibətilə dostumuz və tərəfdaşımız Moldovanın xalqını və hökumətini təbrik edir və ən xoş diləklərimizi bildiririk!
Biz strateji əməkdaşlığımızı daha da genişləndirməyi səbirsizliklə gözləyirik. Milli bayramınız mübarək!”, - paylaşımda qeyd olunub.