Musa Qurbanlı İsveç çempionatında: BİR OYUNDA 2 QOL, 1 MƏHSULDAR ÖTÜRMƏ VƏ REALLAŞMAYAN PENALTİ...
VİDEO

Azərbaycan millisinin hücumçusu, “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanovin oğlu  Musa Qurbanlı İsveçdə növbəti qollarını vurub.

 

Senzor.az bildirir ki, “Yurqorden”in hücumçusu ölkə çempionatının 21-ci turunda “Degefors”la matçda dubl edib.

 

Artıq 2-ci dəqiqədə Musanın dabanla yerinə yetirdiyi möhtəşəm qol ötürməsindən sonra meydan sahibləri hesabda önə keçiblər. 23 və 34-cü dəqiqələrdə isə gənc forvard özü fərqlənib.

 

Təəssüf ki, 58-ci dəqiqədə azərbaycanlı futbolçu penaltini qola çevirə bilməyib. Amma bu matçın nəticəsinə təsir etməyib. Belə ki, bir az sonra onun komandası növbəti qolunu vurub və yekunda 4-1 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, “Yurqorden” 37 xalla İsveç çempionatında lider “Elfsborq”dan 8 xal geri qalaraq 4-cü yerdədir.

 

Onu da xatırladaq ki, M.Qurbanlı daha əvvəl “Yurqorden”in ölkə kubokunda “Sandviken”lə keçirdiyi matçda fərqlənmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.