Azərbaycan Xarici İşlər Nazirliyi təbii fəlakətlə əlaqədar Tacikistana başsağlığı verib.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında paylaşım edilib.
"Tacikistanın bir sıra bölgələrində leysan yağışları və torpaq sürüşməsi nəticəsində çoxlu sayda insan tələfatı xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Dost Tacikistan hökuməti və xalqı ilə həmrəyik", paylaşımda qeyd olunub.