Avqustun 27-də gecə saatlarında Rusiya Ordusunun atdığı raketlərdən 4 ədədi Ukraynanın Poltava vilayətinin Mirqorod rayonunun Qoqolevo kəndində azərbaycanlı bizmesmen Qurban Qurbanovun sahibi olduğu məişət yağları zavoduna düşüb.
Bu barədə hazırda regionda olan "Amerikanın Səsi"nin müxbiri İdrak Camalbəyli bildirib.
Onun sözlərinə görə, raket zərbələri nəticəsində zavodda iş başında olan insanlardan 3 nəfər həlak olub, 1 nəfər itkin düşüb, 5 nəfər yaralanıb. Yaralılar xəstəxaya yerləşdirilib.