Bir qrup erməni Ağdam - Xankəndi yolunda sülhməramlıların avtomobilinə hücum edib.
Senzor.az bildirir ki, erməni Teleqram kanalları bunu əks etdirən görüntülər yayıblar.
Onlar RSK-nın avtomobilində azərbaycanlı olduğunu iddia ediblər.
Lakin erməni bloger Mika Badalyan bildirib ki, üzünü tutan şəxs rus sülhməramlılarının mətbuat xidmətinin fotoqrafıdır və yerli adamlar onu yaxşı tanıyırlar.
İddia olunur ki, bu kadrlar Rusiya sülhməramlılarını gözdən salmaq üçün Ermənistanın baş naziri Nikol Paşinyanın və Qərbin nəzarətində olan kanallar tərəfindən qəsdən yayılır.