Fransadan Qarabağdakı ermənilər üçün göndərilən 10 ədəd “humanitar yardım” TIR-ı bu gün İrəvandan Laçına doğru yola düşüb.
Senzor.az bildirir ki, bu barədə Ermənistan mətbuatı görüntü paylaşıb.
Yük maşınlarının üzərində Fransanın hansı bölgələrinin Qarabağ ermənilərinə humanitar yardım topladığı barədə məlumatların əks olunduğu plakatlar var.
Onlar artıq bir aydan çoxdur ki, Laçının girişində dayanmış erməni humanitar karvanına qoşulacaqlar.
Senzor.az