Avqustun 30-da Kiyevə raket zərbələri endirilib.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, zərərsizləşdirilən raketlərin qalıqlarının yaratdığı dağıntılar nəticəsində iki nəfər həlak olub.
"Təəssüf ki, Kiyevin Şevçenko rayonunda raketin qalıqlarının müəssisənin ərazisinə düşməsi nəticəsində 2 nəfər həlak olub. Daha bir nəfər xəsarət alıb. Yaralıya tibbi yardım göstərilir", - deyə Sergey Popko əlavə edib.
Onun sözlərinə görə, Kiyevə yazdan bəri belə güclü hücum olmamışdı. Rusiya pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə kütləvi, birləşmiş hücum həyata keçirib. Rus qoşunları əvvəlcə zərbə PUA-larından istifadə edib, ardınca raketlər buraxılıb.
S.Popko bildirib ki, hava hücumundan müdafiə qüvvələri düşmənin 20-dən çox PUA və raketini məhv edib.