Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı hələ də Ağdam-Xankəndi yolundadır.
Senzor.az bildirir ki, içərisində 40 ton un olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üstündəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim etsələr də, gözləməkdə davam edirlər.
Gecə isə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər çəkiblər.
Daha ətraflı aşağıdakı videoda: