Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru təyin edilən türkiyəli professor Talat Canbolat Bakıya gəlib.
Senzor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, qonaq Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.
Tərəflər hərbçilərin yetişdirilməsi ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.