Ermənistan XİN Rusiyanın Qafanda konsulluq açmasına münasibət bildirib

Ermənistan XİN başçısının müavini Qafandakı Baş Konsulluğun Rusiyaya nə üçün lazım olduğunu şərh edib.


“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan parlamentin gələn il üçün dövlət büdcəsi layihəsi üzrə daimi komissiyalarının iclası çərçivəsində jurnalistlərə bildirib.


Onun sözlərinə görə, bəzi fikir ayrılıqlarına baxmayaraq, Ermənistanın Rusiya və digər tərəfdaş ölkələrlə münasibətləri davam edir.


XİN rəsmisinin fikrincə, Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Qafan şəhərində Baş Konsulluğun açılması Rusiyanın bölgəyə marağının olması deməkdir:


“Əlbəttə ki, Baş Konsulluğun açılmasının həm də siyasi komponenti var və o deməkdir ki, regiona maraq var və bütün bundan irəli gələn nəticələr var. Qafanda İran konsulluğu var, Fransa açmaq istəyini bildirib. Bununla belə, söhbət daha çox ticarət-iqtisadi əlaqələrdən, mərkəzləşdirilməmiş əməkdaşlıqdan, nəqliyyat və enerji sahəsində qarşılıqlı fəaliyyətdən gedir”, - Hovannisyan qeyd edib.


Rusiya ilə fikir ayrılıqları və narazılıqların Baş Konsulluğun açılması prosesinə mane olub-olmaması ilə bağlı suala cavab olaraq Hovannisyan bildirib ki, bütün tərəfdaşlarla fikir ayrılığı var:


“Məsələn, Ermənistan Avropa İttifaqı (Aİ) ilə viza rejimi məsələsində yaranmış vəziyyətdən çox ciddi narazıdır və viza rejimini müzakirə edən alt komitənin son iclasında İrəvan öz narazılığını bildirib. Fikir ayrılıqları öz yerində, lakin münasibətlər davam edir”.


Xatırladaq ki, dünən Rusiya hökuməti Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Qafan şəhərində baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib. Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin müvafiq fərman imzalayıb.


Rusiya Federasiyasının Qafandakı Baş Konsulluğu Ermənistanda sayca ikinci olacaq. Bundan əvvəl Rusiyanın Gümrüdə konsulluğu olub. Həmçinin əlavə edək ki, İran artıq 2022-ci ilin oktyabrında Qafanda Baş Konsulluq açıb.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.