Ermənistan və Almaniya XİN rəhbərləri arasında geniş tərkibli görüş keçirilib.
Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Ermənistan-Almaniya ikitərəfli gündəmi, eyni zamanda, həm də regional məsələlər müzakirə olunub
**
Almaniya xarici işlər naziri Annalena Berbok və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü "X" hesabında bildirib.
Onun sözlərinə görə, XİN rəhbərləri arasında təkbətək görüş baş tutub.
Nazirlərin hazırda geniş tərkibli görüşü keçirilir.
Xatırladaq ki, Almaniya xarici işlər naziri regiona səfəri çərçivəsində Azərbaycana da gələcək.(APA)