Rasim Məmmədov Əvəz Zeynallının məhkəməsinə gəldi...
DAVA DÜŞDÜ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və “Səda TV” “YouTube” kanalının rəhbəri Elnur Şükürovun növbəti məhkəmə iclası keçirilib.

 

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “Baku Steel Company” MMC-nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədov məhkəmə zalına gətirilib.

 

O, ifadəsində bildirib ki, Elnur Şükürovu tanımır: “Əvəz Zeynallı məni tanımaya-tanımaya ən çox pislik edən adamdı. Deyirdi ki, Loğman Zülfüqarlıdan, Nazim Bəydəmirlidən zavod alıb dağıtmışam. Ancaq hansı zavoddan söhbət gedir?

 

Efirdə olanda deyirdi ki, sübut edəcəyəm. Elə danışırdı ki, guya mənimlə şərik olub. Mən öz məhkəməmdə də demişəm ki, zavodu alanda iki yəhudi vətəndaşla danışmışam”.

 

Rasim Məmmədovun dediyinə görə, Loğman Zülfüqarlını üç dəfə görüb: 

“Əvəz Zeynallının dedikləri hamısı yalandı. Adını qoyub Rasim Məmmədovu tənqid edirəm. Tənqid başqadır, təhqir başqa. Yalan danışdığı üçün Əvəz Zeynallının məsələsinin başını buraxdım”.

 

Hakim şahidin ifadəsinə replikalar atan Əvəz Zeynallıya xəbərdarlıq yazıb.

 

Daha sonra, Rasim Məmmədov prokurorun suallarını cavablandırıb. O, istintaqdakı ifadəsini təsdiq etdiyini deyib.

 

Prokuror suallarını verdiyi zaman Əvəz Zeynallı məhkəməyə etiraz edib: “Məni zala qolumda qandalla gətirirsiniz. Amma Rasim Məmmədovu qandalsız. Hansı haqq-ədalətdən danışırsınız?!”.

 

Məhkəmənin gedişatında Rasim Məmmədov tərəflərin suallarını cavablandırıb. 

 

Əvəz Zeynallı Rasim Məmmədovu birinci dəfədir gördüyünü, onu heç vaxt məhkəməyə vermədiyini deyib. 

 

Rasim Məmmədov bildirib ki, Əvəz Zeynallı ilə birbaşa kontaktda olmayıb.

 

O, əlavə edib ki, ailəsinin Elçin Sadıqova 20 min manat verdiyindən xəbəri olmayıb: “O sənədləri qaldırın görün, mən Loğman Zülfüqarlıdan bir faiz pay almışammı?”.

 

Vəkil: “Əvəz Zeynallını heç məhkəməyə vermisiniz?”

 

Rasim Məmmədov: “Bəli, mən onu Səbail Rayon Məhkəməsinə vermişəm”.

 

Əvəz Zeynallı: “Rasim müəllim, məni görmüsünüz? Sizə zəng etmişəm?”.

 

Rasim Məmmədov: “Yox. Mən, ümumiyyətlə, telefon gəzdirməmişəm”.

 

Rasim Məmmədov Əvəz Zeynallının suallarını cavablandırmaqdan imtina edib.

 

Bundan sonra tərəflər arasında sözlü mübahisə yaranıb.

 

Prokuror Əvəz Zeynallının özünü apara bilmədiyi üçün məhkəmə zalından çıxarılmasını tələb edib. 

 

Hakim əsəbiləşərək Əvəz Zeynallını zaldan çıxarıb. Elə bununla da zalda əyləşən proses iştirakçıları etiraz olaraq zalı tərk ediblər.

 

Zalda tərəflər arasında dava düşüb. 


Məhkəmə prosesi təxirə salınıb.

 

Lent.az xatırladır ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.