Pakistanın Bəlucistan və Xeybər Patunvha əyalətlərində təhlükəsizlik qüvvələrinə qarşı bombalı hücumlar olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinə aid iki avtomobilə terror hücumu nəticəsində 14 hərbçi həlak olub. Xeybər Patunhva əyalətində isə polis əməkdaşlarına məxsus xidməti mikroavtobusa yaxın yerdə törədilən partlayış nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb.
Bundan başqa, terrorçular Pakistan Hərbi Hava Qüvvələrinin Mianvalidəki bazasına da hücum ediblər. Baş verən silahlı atışma zamanı onlardan 3 nəfəri zərərsizləşdirilib. Hücum zamanı 3 hərbi təyyarə və 1 tanker zədələnib.
Pakistanın hakimiyyət orqanları terror aktlarını “Taliban”ın bir qolu olan TTP silahlı qruplaşması tərəfindən törədildiyini bəyan ediblər.