“Biz artıq Qarabağ müharibəsində ən mühüm həmrəyliyi göstərmişik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Qazaxıstanın paytaxtı Astanada keçirilən 10-cu yubiley Zirvə Görüşündən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, indiyədək türk dövlətləri arasında bu həmrəylik və birlik ruhu bir çox sahələrdə inkişaf etməyə başlayıb: “İndi bizdə siyasi birlik var, şükür! Biz artıq Qarabağdakı hərbi məntəqədə ən mühüm həmrəyliyi göstərmişik. Qarabağ bunun dünyaya ən böyük sübutu idi. Yəni mesaj verildi ki, bir dövlət, bir xalq arxasında belə həmrəylik görürsə, nəticə əldə edə bilər. Eyni nəticə Qarabağda da əldə olunub”.
**
“İsveçin NATO-ya üzvlüyü məsələsi ilə bağlı Türkiyə Böyük Millət Məclisində (TBMM) işlərimizi davam etdirəcəyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanın paytaxtı Astanada keçirilən X sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, PKK terror təşkilatının İsveçdəki fəaliyyətinin dayandırılması ilə bağlı hələ də qəti qərar yoxdur: “Bu, bizi təəssüfləndirir. Addım atılmır. Bizim işimiz müraciət sənədini parlamentə təqdim etmək idi. Bunu etdik. İndi işlər davam edir”.
Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin İsveçin müraciəti hələ də müsbət nəticələnməyib.
**14:19
“Dünya ümidini türk əsrinə bağlayıb”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Qazaxıstanın paytaxtı Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
“Türk Dövlətləri Təşkilatı beynəlxalq sistemdəki tıxanmaları aradan qaldırmaq, təsirli və davamlı həll yolları tapmaq üçün dünyanın yüksələn gücünə çevrilir”, - o deyib.
R.T.Ərdoğan qeyd edib ki, uzun illərdir, dünyada sistem böhranı var: “Bu sistem böhranı qarşısında biz türk dövlətləri olaraq, elə bir addım atmalıyıq ki, türk dövlətləri arasında güc birliyi olsun. Bu qüvvələrin birliyinə siyasi, hərbi, iqtisadi və kommersiya ölçüləri də daxil olmalıdır”.
Dövlət başçısı türk dövlətləri arasında mədəni birliyin olduğunu qeyd edərək deyib: “Bu necə ola bilər?" Biz fikirləşirdik. “Mövcud türk dövlətləri bir araya gəlsə, ən yaxşı halda mümkündür” deyildi. Bu istiqamətdə addımlar atıldı. Biz bu addımı atmaqla türk dövlətləri arasında bu birlik və həmrəyliyin təşəbbüskarı olduq”.
**
“Avropa İttifaqına (Aİ) inamımız sarsılıb”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanın paytaxtı Astanada keçirilən X sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Aİ ədalətli mövqe ortaya qoymur: “Nə Britaniya, nə Almaniya, nə İtaliya, nə Fransa, nə də başqası təəssüf ki, ədalətli davranmır. Əslində, Aİ-dən bunu gözləmək də mümkün deyil”.
Ərdoğan söyləyib ki, Aİ-dən ədalətli mövqe gözləmək olmaz.(“Report”)