Azərbaycan IMF-lə işğaldan azad olunmuş ərazilərə investisiya cəlbini müzakirə edib

Azərbaycan Beynəlxalq Valyuta Fondu (IMF) ilə işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlb olunmasını müzakirə edib.


Senzor.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.


Məlumata görə, nazirlikdə Fondun Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazir müavini Səməd Bəşirli Azərbaycan iqtisadiyyatı, ölkəmizin "2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində görülən işlər, işğaldan azad olunmuş ərazilərdə tətbiq olunan güzəşt və stimullar barədə məlumat verib.


O, beynəlxalq maliyyə qurumları ilə, o cümlədən IMF ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə mütərəqqi təcrübənin və texnoloji yeniliklərin təşviqinə önəm verildiyini vurğulayıb.


A.Bordon Azərbaycanla qarşılıqlı əlaqələrin inkişaf etdiyini bildirib, tərəfdaşlığa dair fikirlərini bölüşüb.


Tərəflər ortamüddətli dövr üçün perspektivlər, energetika sektorunun inkişaf istiqamətləri, vergi siyasəti və inzibatçılığı sahəsində son islahatlar və növbəti dövrlər üzrə nəzərdə tutulan tədbirlər ətrafında müzakirələr aparıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.