Adanada İncirlik bazası qarşısında HƏMAS-la müharibə edən İsrail və İsrailə dəstək verdiyini bəyan edən ABŞ-a qarşı etiraz aksiyası keçirilib.
Etirazçılardan bir qrupu bazanın ərazisinə daxil olmağa cəhd edib.
Polis baza ətrafındakı küçə və prospektləri bağlayaraq təhlükəsizlik tədbirləri görüb.
Nümayişçilərin radikal qrupuna qarşı bibər qazından istifadə edilib.