Azərbaycan XİN rəhbəri Ermənistanı sülh sazişi üzrə şansı qaçırmamağa çağırıb - YENİLƏNİB

Azərbaycan torpaqlarının 30 ildən sonra işğalının başa çatması və bu torpaqlarda suverenliyimiz bərpası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı yeni perspektivlər açır.


Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Buxarestdə rumıniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.


“Bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında bu normallaşma yalnız Azərbaycana və Ermənistana xidmət etməyəcək, bu, həmçinin region və onun sərhədləri xaricində istifadə olunmamış əməkdaşlıq imkanlarının açılmasını təmin edəcək. Fürsətdən istifadə edib Azərbaycanın sülh gündəliyini bir daha vurğulayıram. Biz qarşı tərəfdən də konstruktiv yanaşma və qarşılıqlı addımlar gözləyirik. Biz ümid edirik ki, bu xüsusi şans bir daha itirilməyəcək”, - nazir qeyd edib.

**15:45

“2022-ci ilin sonunda, ikitərəfli əməkdaşlığımızın tarixində ilk dəfə Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi yarım milyard ABŞ dollarını ötüb”.


Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 6-da Buxarestdə rumıniyalı həmkarı Luminica Odobesku ilə birgə mətbuat konfransında deyib.


O, əvvəlcə iki ölkə arasındakı diplomatik əlaqələrin tarixindən danışıb:


“Bu gün təkbətək görüşümüz oldu və biz strateji əməkdaşlığımızın hazırkı vəziyyətini, eləcə də gələcək inkişafını müzakirə etdik. Biz ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etdik, ötən müddət ərzində əlaqələr daim inkişaf edib. Rumıniya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Buxarest Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Ona görə mən fürsətdən istifadə edərək Rumıniyanın Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə minnətdarlığımı bildirirəm. Bizim bu gün həm də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığı inkişaf etdirmək üçün fikir mübadiləsi aparmaq imkanımız var. Azərbaycan və Rumıniya liderlərinin son qarşılıqlı səfərləri ikitərəfli münasibətlər üçün möhkəm zəmin yaradıb. Bizim iki ölkə arasındakı siyasi, iqtisadi, enerji, humanitar və digər önəmli sahələrdəki əməkdaşlığını, eləcə də beynəlxalq və regional inkişafını müzakirə etmək imkanımız var”.


C.Bayramov deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi son dörd ildə xeyli artıb:


“Son 4 ildə ölkələr arasında ticarət dövriyyəsi artır və 2022-ci ilin sonuna ikitərəfli münasibətlər tarixində ilk dəfə olaraq yarım milyard ABŞ dollarını ötüb. Müsbət tendensiya 2023-cü ildə də davam edir. İlkin göstəricilərə əsasən, bu məbləğ 9 ayda artıq 526 milyon ABŞ dollarına çatıb”.

**

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniya şirkətlərini və investorlarını Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonuna dəvət edib.


Bu barədə XİN başçısı rumıniyalı həmkarı Luminita Odobesku ilə birgə keçirilən mətbuat konfransında danışıb.


O qeyd edib ki, Rumıniya ilə iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yollar mövcuddur: “Azərbaycan və Rumıniya arasında qarşılıqlı sərmayələr hələ ki bizim ikitərəfli ticarət dövriyyəmizə uyğun gəlmir. Bu o mənaya gəlir ki, iqtisadi əlaqələrimizi şaxələndirmək və davamlı etmək üçün imkan var. Bu fürsətdən istifadə edərək Rumıniya şirkətlərini və investorlarını Azərbaycanda investisiya layihələrində iştirak etməyə, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı yenidənqurma və bərpa işlərinə dəvət edirik".


Nazir iki ölkə arasında yaşıl enerji sahəsindəki əməkdaşlıqdan da söz açıb: “SOCAR Petroleum” şirkətinin Rumıniyada enerji sahəsində uğurlu əməkdaşlığını xüsusi vurğulayırıq, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında ötən il Buxarestdə yaşıl enerji sahəsində strateji tərəfdaşlıq istiqamətində müqavilə imzalandı".

**

“Rumıniya Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşması prosesini dəstəkləyir”.


Bunu Rumıniyanın xarici işlər naziri Luminita Odobesku Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.


“Bizim mövqeyimiz beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında məsələnin aydın, davamlı həllidir. Rumıniya Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən həyata keçirilən vasitəçilik səylərində maraqlıdır”, - o vurğulayıb.


Nazirin sözlərinə görə, Qara dəniz regionu ilə qonşu olan Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması Rumıniya üçün çox vacibdir.

**

“Azərbaycan Rumıniyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşıdır”.


Bunu Rumıniyanın xarici işlər naziri Luminita Odobesku Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.


“Bizim ikitərəfli əlaqələrimiz çox yaxşı səviyyədədir. Biz bu müsbət və səmərəli dialoqu davam etdirmək, o cümlədən nəqliyyat, enerji, investisiya, kənd təsərrüfatı və təhsil sahələrində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəldik”, - o vurğulayıb.


Onun sözlərinə görə, Azərbaycan təkcə enerji sahəsində deyil, həm də geostrateji baxımdan da Rumıniya və Avropa İttifaqının mühüm tərəfdaşıdır.

**15:31

Azərbaycanın Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovun Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Luminitsa Odobesku ilə görüşü barədə məlumat yayıb.


Nazirlikdən Senzor.az-a bildirilib ki, C.Bayramov və L.Odobesku arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.


Görüşlər zamanı Azərbaycan-Rumıniya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.


Əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub. Həmçinin, ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib.


Rumıniya ilə iqtisadiyyat, enerji, ticarət, humanitar, təhsil, kənd təsərrüfatı, turizm, əczaçılıq və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə yaşıl enerji sahəsindəki tərəfdaşlığın əlaqələrimizin inkişafındakı potensialı vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərin əməkdaşlığımıza əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və Rumıniya şirkətləri sözügedən quruculuq fəaliyyətlərində həm podratçı və investor kimi iştiraka dəvət olunub. Bununla yanaşı Ələt Azad İqtisadi Zonasında geniş imkanlar barədə məlumat verilib.


Heydər Əliyev Fondu tərəfindən Rumıniyada həyata keçirilən xeyriyyə layihələri yüksək qiymətləndirilib, humanitar sahə üzrə mübadilələrin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.


Görüşlərdə nazir Ceyhun Bayramov tərəfindən ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.


Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib. Eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırılıb.


Görüşlər zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.

**14:28

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Luminitsa Odobesku ilə görüşüb.


XİN-dən Senzor.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir Luminitsa Odobesku arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.


Görüşlər zamanı Azərbaycan-Rumıniya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.


Əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub. Həmçinin, ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib.


Rumıniya ilə iqtisadiyyat, enerji, ticarət, humanitar, təhsil, kənd təsərrüfatı, turizm, əczaçılıq və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə yaşıl enerji sahəsindəki tərəfdaşlığın əlaqələrimizin inkişafındakı potensialı vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərin əməkdaşlığımıza əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və Rumıniya şirkətləri sözügedən quruculuq fəaliyyətlərində həm podratçı və investor kimi iştiraka dəvət olunub. Bununla yanaşı Ələt Azad İqtisadi Zonasında geniş imkanlar barədə məlumat verilib.


Heydər Əliyev Fondu tərəfindən Rumıniyada həyata keçirilən xeyriyyə layihələri yüksək qiymətləndirilib, humanitar sahə üzrə mübadilələrin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.


Görüşlərdə nazir Ceyhun Bayramov tərəfindən ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.


Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib. Eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırılıb.


Görüşlər zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.

**13:51

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rumıniyanın xarici işlər naziri Luminita Odobeskunun təkbətək görüşü başa çatıb.


Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.


Nazirlər danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçirəcəklər.

**13:06

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rumıniyaya səfəri başlayıb.


Senzor.az xəbər verir ki, hazırda Buxarestdə C.Bayramovla Rumıniyanın xarici işlər naziri Luminita Odobesku arasında təkbətək görüş keçirilir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.