Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda reyd keçirərək PKK-nın 12 bazasını bombalayıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə Hərbi Hava Qüvvələri BMT Nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 5-ci maddəsini rəhbər tutaraq, noyabrın 7-də İraqın şimalında, Qara və Qəndil bölgələrində hava əməliyyatı keçirərək terror təşkilatının 12 hədəfinə zərbələr endirib.
Vurğulanıb ki, PKK rəhbərliyinin nümayəndələri də daxil olmaqla xeyli sayda yaraqlı məhv edilib.