“HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar bunkerdə mühasirəyə alınıb”.
Bunu İsrailin müdafiə naziri Yoav Qallant “Sky News”a deyib.
Amma nazir bu bunkerin harada yerləşdiyini dəqiqləşdirməyib: “Sinvar dünyadan təcrid olunub və hətta yaraqlılarla əlaqə saxlaya bilmir. Bunkerində gizlənir və ortaqları ilə əlaqəsi yoxdur”.
O, həmçinin bildirib ki, Qəzza zolağı insanın yaratdığı ən böyük terror bazasıdır: “Müharibədən sonra İsrail HƏMAS kimi Qəzzanı idarə etməyəcək”.