BƏƏ lideri Prezident İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.


Senzor.az xəbər verir ki, dövlət başçısı təbrikini Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə çatdırıb.


Məlumata görə, BMT Ətraf Mühitin Qorunması üzrə COP 28 platformasında dünya dini liderlərinin Abu-Dabi qlobal Sammiti çərçivəsində A.Paşazadə bir qrup forum iştirakçıları ilə birgə BƏƏ Prezidenti tərəfindən qəbul edilib.


Görüş zamanı QMİ sədrinin Prezident Al Nəhyan ilə söhbəti olub. Şeyxülislam BƏƏ dövlət başçısına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.


Öz növbəsində Şeyx Məhəmməd bin Zayed Al Nəhyan onun salamlarının Azərbaycan dövlət başçısına çatdırmasını xahiş edib. Söhbət əsnasında ölkəmizdə Azərbaycan-BƏƏ birgə enerji layihələrinin həyata keçirilməsindən məmnunluq bildirilib.


Şeyxülislam bu günlərdə Azərbaycanda Zəfər bayramı tədbirlərinin təntənəli şəkildə qeyd olunduğu barədə məlumat verib. O, Məhəmməd bin Zayed Al Nəhyan bu münasibətlə Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına təbriklərini ifadə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.