ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistanın paytaxtı İrəvana səfər edib.
APA xəbər verir ki, Lui Bono və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.
Görüş zamanı tərəflər regionda sülh və təhlükəsizlik, eləcə də Ermənistan-Azərbaycan normallaşması məsələlərini müzakirə ediblər.