Azərbaycan Britaniya şirkətinə “Gədəbəy” yatağında hasilatı bərpa etməyə icazə verib

Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti “Gədəbəy” yatağında fəaliyyətini bərpa etmək üçün hökumətdən razılıq alıb.


Senzor.az şirkətə istinadən xəbər verir ki, “Anglo Asian Mining”in səhmləri hasilatı bərpasını elan etdikdən dərhal sonra 42 % bahalaşaraq hər səhm üçün 70,93 pens təşkil edib.


Qızıl, mis və gümüş istehsalçısı bildirib ki, “Micon International Ltd” müstəqil konsaltinq şirkəti tərəfindən aparılan ekoloji yoxlama zamanı müəyyən edilmiş tədbirlər əsasında öz fəaliyyətini və prosedurlarını təkmilləşdirmək üçün Azərbaycan hökuməti ilə fəaliyyət planı haqqında protokol imzalayıb. "Əksər maddələr gələn ilin sonuna kimi həyata keçiriləcək və bu, ciddi xərc tələb etməyəcək", - deyə şirkətin açıqlamasında qeyd olunub.


“Anglo Asian Mining” bəyan edib ki, mədən işlərinin dərhal başlaması qızıl filizi və mis konsentratı istehsalını əvvəlki səviyyələrə qaytaracaq. Bununla bağlı mədən şirkəti qızıl ekvivalentində illik hasilat proqnozunu 30-34 min unsiya səviyyəsində saxlayıb.


"Digər işlər mərhələlərlə həyata keçiriləcək. Flotasiya qurğusunun yenidən işə salınması mövcud anbar bəndinin divarının qaldırılmasından təxminən 90 gün sonra gözlənilir, - şirkət bildirir.


Xatırladaq ki, iyul ayının sonunda “Micon” şirkəti ətraf mühitin qorunması və təhlükəsizlik tədbirləri ilə əlaqədar “Gədəbəy” qızıl mədənində yoxlamaya başlayıb.


Sentyabr ayında “Anglo Asian Mining” şirkəti tədqiqat sahəsindəki radiasiya səviyyələrinin təbii fon şəraitinə uyğun gəldiyini, havanın keyfiyyəti ilə bağlı heç bir problem aşkarlanmadığını və tərkibində sianid olan heç bir torpaq nümunəsinin analitik aşkarlama həddini keçmədiyini bildirdi.


Həmçinin şirkət kimyəvi maddələrin daha yaxşı idarə edilməsi və saxlanması, sızma və ya "sianid hadisələri" kimi fövqəladə hallar üçün planların həyata keçirilməsi də daxil olmaqla, təkmilləşdirilməsi lazım olan sahələrin müəyyənləşdirildiyini və alternativ anbarların tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanacağını açıqlayıb.


Şirkət həmçinin bəyan edib ki, “Gilar” yatağının işlənməsini sürətləndirir və mövcud flotasiya qurğusunun anbar bəndinin modernləşdirilməsi üzrə işlərin uğurla başa çatdırılmasını təmin etmək üçün hökumətlə əməkdaşlıq edir.


Xatırladaq ki , hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.


Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.


2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4 %), 182,046 min unsiya gümüş (artım 17,8 %) və 2,516 min ton mis (azalma 5 %) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası 1,783 min ABŞ dolları olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7 %) satılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.