Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 10 812 nəfərə çatıb.
Bu barədə "Əl-Cəzirə" telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qurbanlar arasında azı 4 412 uşaq var.
Xatırladaq ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin növbəti mərhələsi oktyabrın 7-də səhər tezdən Qəzza zolağından İsrail ərazisinə raket hücumundan sonra baş verib. İsrail ordusu cavab olaraq “müharibə vəziyyəti” elan edib.