Əsas məqsədimiz Qəzzada atəşkəsi təmin etməkdir - ƏRDOĞAN

"Əsas məqsədimiz Qəzzada atəşkəsi təmin etməkdir".


NTV xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən sammitindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


Ərdoğan bildirib ki, atəşkəsə "nail olmaq üçün bütün lazımi addımlar Türkiyə tərəfindən atılır və sınanması lazım olan bütün üsullar sınanır".


"İnsanların ölümünü dayandırmaq, qorxudan titrəyən uşaqları qucaqlamaq, onların əzabını müəyyən qədər də olsa yüngülləşdirməyə çalışmaq bizim üçün son nəticə deyil, həllin başlanğıc nöqtəsi olacaq".


O bildirib ki, Türkiyə bütün beynəlxalq platformalarda bu mövzu ilə bağlı fəal işləyir.


"Biz atəşkəsin təmin edilməsi üçün diplomatiyanın imkanlarından maksimum istifadə edirik. Biz tərəfdaşlarımıza düzgün, ədalətli və daimi həllin yol xəritəsini izah edir və bu həlli həyata keçirmək üçün beynəlxalq ictimai rəy yaratmağa çalışırıq. Biz atəşkəsdən sonra atılacaq addımları ən xırda detallarına qədər planlaşdırırıq və möhkəm, davamlı sülhün qurulması üçün düsturlar hazırlayırıq", - Türkiyə dövlət başçısı vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.