"Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının Moskva görüşünün tarixi dəqiqləşməyib"
Mixail Qaluzin

"Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada görüşünün tarixi dəqiqləşdirilməyib".

Bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platforması təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik”, - o vurğulayıb.

“Biz görüşün tarixini razılaşdıqdan sonra onu elan edəcəyik”, - M.Qaluzin əlavə edib.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva münaqişənin həllinə kömək etmək üçün Bakı və İrəvanla dialoqu davam etdirir, ancaq hələ ciddi irəliləyiş yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bildirdiyinə görə, siyasi iradə olarsa, Moskva Ermənistan və Azərbaycan XİN başçılarını qəbul etməyə hazırdır. O qeyd edib ki, perspektiv tamhüquqlu üçtərəfli sammitə çıxış ola bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.