Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb - YENİLƏNİB, FOTO

Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı noyabrın 13-də Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb.


Senzor.az xəbər verir ki, sənədi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıblar.


Sənəddə iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində təbliğatın təşviqi, qarşılıqlı mədəniyyət günlərinin, müxtəlif mədəni tədbirlərin keçirilməsi, ədəbiyyat, təsviri və tətbiqi incəsənət, musiqi, film festivalları, müsabiqə və konfranslarda iştirakla bağlı müddəalar yer alıb. Sazişdə qeyri-maddi mədəni irs, eləcə də iki ölkənin muzey və kitabxanaları arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələlər də öz əksini tapıb.


İmzalanma mərasimindən sonra iki ölkənin nazirləri media nümayəndələri qarşısında çıxış ediblər.


Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Adil Kərimli sazişin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, sənəd ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə hüquqi bazanın genişləndirilməsini nəzərdə tutur.


Nazirin çıxışında vurğulanıb ki, Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin qardaş ölkədə daha geniş təbliği məqsədilə Türkiyədəki səfirliyimizin tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Mərkəz iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verəcək.


Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin əhəmiyyətini qeyd edib. Bildirilib ki, sənəd qardaş ölkələrimizin möhkəm təməllər üzərində inkişaf edən mədəni əlaqələrində yeni səhifə açacaq.

**14:36

“Azərbaycanla birlikdə mədəniyyət sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırırıq”.


Bunu Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ersoy “X”də yazıb.


O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında imzalanan mədəniyyət haqqında əməkdaşlıq müqaviləsi sadəcə mədəni mirasların qorunmasını nəzərdə tutmur: “Beləliklə, biz konsertlər, sərgilər, teatrlar kimi müxtəlif tədbirlərlə əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik. Şanlı tarixi olan Türk dünyasının mədəni mirasına sahib çıxıb, hər platformada bu mirası tanıtmaq üçün bütün imkanımızla çalışırıq”.


Nazir, həmçinin “Əziz şəhər Şuşa” kitabını hədiyyə etdiyinə görə Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimova təşəkkür edib.


Qeyd edək ki, M.N.Ersoyla Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında mədəniyyət sahəsində əməkdaşlığa dair sənəd imzalanıb.

**13:09

Bu gün Ankarada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında mədəniyyət sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.


“Report”un məlumatına görə, bu barədə sənəd Türkiyə-Azərbaycan müştərək komissiyasının 3-cü toplantısına dair iclasda imzalanıb.


Müqavilə mədəni miras, kino, teatr, incəsənət, muzey, kitabxanaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə əlaqədardır.


Müştərək komissiyanın iclasında, həmçinin, maddi-mənəvi irsin mühafizə edilməsi, bərpası sahəsində, eləcə də kino, teatr, incəsənət, muzey, kitab sənayesi, mədəniyyət və yaradıcılıq sahələrində ortaq əməkdaşlığın təbliği və dəstəklənməsi məqsədi ilə təcrübə mübadiləsi, texniki və mütəxəssis dəstəyini təmin etmək məsələləri müzakirə olunub.


Qeyd edək ki, Adil Kərimli Türkiyəyə səfəri çərçivəsində TÜRKSOY-un Ankaradakı Baş Qərargahında təşkil olunan “Şuşa rəssamları” sərgisində də iştirak edəcək.


Eyni zamanda, “Şuşa-2023 - Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq.


Noyabrın 14-də isə Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.