Xarici işlər naziri Ceyhun Bayramov Rabat şəhərinə səfəri çərçivəsində Mərakeşin mərhum kralı V Məhəmmədin məqbərəsini ziyarət edib.
Senzor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Ceyhun Bayramov mərhum kralın Mərakeş qarşısındakı xidmətləri ilə bağlı fikirlərini bildirib.
**16:50
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mərakeşli həmkarı Nasser Bourita ilə görüşüb.
Yerli KİV xəbər verir ki, görüş Mərakeş-Azərbaycan Birgə Komissiyasının 2-ci sessiyası çərçivəsində Rabatda baş tutub.