Fransa hərbi texnikası Ermənistana həqiqətən də Gürcüstan vasitəsilə çatdırılıb
POTİ LİMANI TƏSDİQLƏDİ

Gürcüstanın Poti limanı Fransadan Gürcüstan vasitəsilə Ermənistana hərbi texnikanın çatdırılmasını təsdiqləyib.

 

Bu barədə “Azadlıq radiosu”nun gürcü  xidmətinə “APM Terminals Poti”dən məlumat verilib.

 

“Bu məsələ ilə bağlı vurğulamaq istərdik ki, bu yük Avropa İttifaqı ölkəsindən - Fransadan daxil olub və sanksiya tətbiq edilməyən ölkəyə - Ermənistana yönəlib. Bundan əlavə, Gürcüstan hökumətinin dəqiq göstərişləri və beynəlxalq tənzimləyicilər tərəfindən qoyulmuş məhdudiyyətlər olmadığı hallarda, Gürcüstanda və regionda çoxməqsədli liman olan "APM Terminals Poti”nin sanksiya tətbiq edilməmiş yükləri qəbul etməkdən əsassız olaraq imtina etmək imkanı yoxdur”, - deyə limandan verilən açıqlamada bildirilib.

 

APA xatırladır ki, bazar günü Fransa zirehli hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması barədə xəbərlər yayılıb.

 

Noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna tədarük edilməsi nəzərdə tutulan, “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib.

 

Onu da qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Fransanın Ermənistana “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar göndərməsini pisləyib.

 

Ermənistan MN isə Fransa zirehli texnikasının ölkəyə tədarükü ilə bağlı xəbərləri şərh etməyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.