Müdafiə Sənayesi naziri Mədət Quliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “Dubai Airshow-2023” 18-ci aviasiya sərgisində iştirak edir.
Nazirlikdən Senzor.az-a verilən məlumata görə, M.Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl Bovardi ilə görüşü olub.
Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Daha sonra M.Quliyev İtaliya Respublikasının “Leonardo” və BƏƏ-nin EDGE şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşlər zamanı hər iki şirkətin istehsal etdiyi aviasiya vasitələri haqqında geniş məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.