İsrail İranın hərbi obyektlərinə zərbələr endirib

İsrail hərbçiləri İranın paytaxtı Tehranda hərbi obyektlərə zərbələr endirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. 

 

Qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri İranın raket istehsalı müəssisələrinə zərbələr endirib. Ölkənin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Daniel Hagari bildirib ki, İran regionda vəziyyətin gərginləşməsinin yeni mərhələsinə başlayacağı təqdirdə İsrail Ordusu yenə cavab verməyə məcbur olacaq.

 

Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıb. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.


Bu arada İranın IRNA dövlət informasiya agentliyi təsdiqləyib ki, İsrail Tehran, Xuzistan və İlam vilayətlərindəki hərbi hissələrə hücum edib.

 

"Nəticədə bəzi ərazilərə məhdud ziyan dəyib. Hücumların qarşısı İranın inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi tərəfindən uğurla alınıb və dəf edilib, çünki hava hücumundan müdafiə (HHM) vasitələri Tehran ətrafında bir neçə rayonda və bütün ölkə ərazisində yerləşdirilib", - deyə məlumatda qeyd olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.