Tbilisi qarışa bilər: MÜXALİFƏT NƏTİCƏLƏRİ TANIMADI
FASİLƏSİZ ETİRAZ AKSİYALARI BAŞLAYIR

“Vahid Milli Hərəkat” partiyası Gürcüstanda ötən gün keçirilən seçkilərin nəticələrini tanımır. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu partiyanın rəhbəri Tinatin Bokuçava brifinqdə elan edib.

 

O, “Vahid Milli Hərəkat” adından bəyan edib ki, oğurlanmış, qəsb edilmiş seçkilərin nəticələrini qəbul etmirlər.

  

“Dəyişikliklər üçün Koalisiya”nın lideri Nika Qvaramiya da brifinqdə deyib ki, onun partiyası Mərkəzi Seçki Komissiyasının məlumatlarını tanımır: “Seçkilər oğurlandı, bu, Konstitusiya çevrilişidir”.

 

“Güclü Gürcüstan” koalisiyası (“Lelo”, “Xalq naminə”, “Vətəndaşlar” partiyaları və “Azadlıq Meydanı” hərəkatı) da seçkinin nəticələrini tanımırlar.

 

Seçkiləri müşahidə edən qeyri-hökumət təşkilatları da seçkinin nəticələrini tanımadıqlarını bəyan ediblər.

 

“Dəyişiklik üçün Koalisiya” partiyasının  liderlərindən biri olan Elene Xoştariya əlavə edib ki, müxalifət etiraz aksiyalarına başlayır: “Bu seçkilər oğurlanıb, biz bunu qəbul etməyəcəyik və biz fasiləsiz etiraz aksiyalarına keçirik. Etiraz aksiyası oktyabrın 27-dən küçələrdə olacaq".

 

Qeyd edək ki, səslərin 97%-nin sayılmasından sonra “Gürcü Arzusu”nun 52,99%, “Vahid Milli Hərəkat”ın 9,83%, “Dəyişikliklər üçün Koalisiya”nın isə 11,2% səs topladığı elan edilib.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.