Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG-nin 15 yaraqlısını zərərsizləşdirib.
Senzor.az bildirir ki, bu barədə Ordunun mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
“Türkiyə Silahlı Qüvvələri “Fərat Qalxanı” və “Barış Pınarı” əməliyyatları bölgələrində təsbit etdiyi 15 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – məlumatda qeyd olunub.
Vurğulanıb ki, “ən son terrorçu zərərsizləşdirilənədək əməliyyatlar davam etdiriləcək”.