Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımadı və... ƏHALİNİ FASİLƏSİZ ETİRAZLARA ÇAĞIRDI
VİDEO

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi ilə nəticələnməsinin total saxtakarlıq olduğunu açıqlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə S.Zurabişvili brifinqdə bildirib.

 

“Bu gün burada ölkədə qalan yeganə müstəqil qurumun rəhbəri kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram”, - Zurabişvili bildirib.

 

"Biz çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, total saxtakarlıq, sizin səslərinizin total oğurlanması, seçkiləri saxtalaşdırmaq üçün bu və ya digər ölkələrdə gördüyümüz bütün vasitələrdən istifadə edilməsi idi", - deyə o vurğulayıb və əhalini fasiləsiz etirazlara çağırıb.

 

Bu arada Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də müxalifəti etirazlara çağırıb. "Əlbəttə, heç kim parlamentə getməməlidir. İndi başımıza kül səpməyin və aldandığımızdan narahat olmağın vaxtı deyil. İndi kütləvi etirazların vaxtıdır. Biz dünyaya göstərməliyik ki, azadlıq uğrunda mübarizə aparırıq və ədalətsizliyə dözməyəcək insanlarıq. Bir dəqiqə belə itirə bilmərik", - deyə o, Facebook səhifəsində qeyd edib. 

 

Xatırladaq ki, 26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” Partiyası 54,2 faiz səslə qalib gəlib. Parlamentə düşməyi bacaran 4 müxalif partiyasının heç biri seçkinin nəticələrini tanımayıb.

 

Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.