Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror qruplaşmasının 23 üzvü öldürülüb.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.