Rusiya və Ukrayna danışıqlara başladı:
MÜHÜM RAZILAŞMA!

Ukrayna və Rusiya enerji infrastrukturuna qarşılıqlı hücumlara son qoymaq üçün ilkin danışıqlara başlayıblar.

 

Bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

 

Bildirilib ki, avqustda Ukraynanın Kursk vilayətinə hücumu səbəbindən əvvəllər əldə olunmuş razılığın pozulmasından sonra danışıqlar Qətərin vasitəçiliyi ilə bərpa edilib.

 

Ukraynanın yüksək rütbəli məmurlarının məlumatına görə, artıq hər iki tərəfdən enerji infrastrukturlarına hücumların tezliyində azalma müşahidə olunur ki, bu da ölkələrin kəşfiyyat xidmətlərinin ilkin razılaşmasının nəticəsidir.

 

Gözlənilir ki, danışıqlar prosesinin gələcək inkişafı hazırkı hərbi münaqişənin həlli imkanlarından və hər iki tərəfin qarşılıqlı şərtlərindən asılı olacaq.

 

Ukrayna lideri Vladimir Zelenski nəşrə açıqlamasında enerji obyektlərinə qarşılıqlı hücumların dayandırılmasının hərbi əməliyyatların sonunun başlanğıcı ola biləcəyi barədə fikir bildirib.(Axar.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.