“Mən bütün Süniki dəstəkləməyə gəlmişəm”.
Musavat.com bildirir ki, Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini oktyabrın 30-da Gorusda jurnalistlərlə söhbətində belə deyib.
Mən bütün Sünikə (Zəngəzur-M.), o cümlədən Nerkin Hand kəndinə dəstək olmağa gəlmişəm. Mən sadəcə olaraq nə baş verdiyini izlədim. Bəli, Nerkin Handın bir hissəsi Azərbaycan tərəfindən alınıb və biz bunu görürük. Bu vəziyyət əhali arasında böyük çətinliklər, təhlükə hissi yaradır, onlar yenidən zərbə vura bilərlər”, - Dekotini sərsəm iddialar irəli sürüb.
Onun sözlərinə görə, gündəlik həyatla bağlı problemlər var, insanların hətta su problemi var. “İnsanlar yaxınlarının məzarlarını ziyarət edə bilməzlər”, - deyə səfir ermənilər üçün yasxana qurub.
Fransız diplomat bir az da irəli gedərək bildirib ki, Nerkin Hand üç tərəfdən azərbaycanlıların əhatəsindədir. Gorus-Qafan yolunun da “Azərbaycanın nəzarətində olduğunu” bildirən səfir deyib: “Mən ancaq Nerkin Handdan danışdım. Bütün sərhədə gəlincə, biz Ermənistanla Azərbaycan arasında gedən sərhədin demarkasiyası prosesini dəstəkləyirik. Delimitasiya Alma-Ata Bəyannaməsinə əsaslanmalıdır. Tərəflər məhz bu məsələdə razılaşmalıdırlar”.