Ukraynaya məxsus PUA Stavropol diyarının Svetloqrad şəhərindəki neft bazasının ərazisinə düşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə regionun rəhbəri Vladimir Vladimirov Teleqram kanalında yazıb.
O qeyd edib ki, hadisə nəticəsində xəsarət alan olmayıb: “Bu gecə Svetloqradda neft bazasının ərazisinə pilotsuz təyyarə düşüb. Ölən və yaralananlar olmayıb. Aidiyyəti qurumlar hadisə yerindədir”.
Qeyd edək ki, Svetloqrad Stavropolun Petrovski rayonunda, neft bazası isə şəhərin sənaye zonasında yerləşir.