İrana qarşı hərəkətlərinə görə həm İsrailə, həm də ABŞ-a mütləq sərt cavab verəciyik.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranda bir qrup iranlı tələbə ilə görüşündə deyib.
Xamenei İsrailin regiondakı hərəkətlərinə və oktyabrın 26-da İrana hücumuna toxunaraq deyib: “Düşmənlər, istər İsrail rejimi, istərsə də ABŞ bilməlidirlər ki, İrana və onun xalqına qarşı hərəkətlərinə görə mütləq sərt cavab alacaqlar”.