İspaniyada daşqınlardan zərərçəkən etirazçılar KRALA PALÇIQ ATDILAR
VİDEO

İspaniya Kralı VI Filipp və kraliça Letisiya sel fəlakətindən zərər çəkmiş Valensiyaya səfərləri zamanı etirazçıların palçıq və digər əşyalarla hücumuna məruz qalıblar.

  

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlar regionun ən çox zərər görən yerlərindən biri olan Paiportada yerli sakinlər tərəfindən “qatil” və “biabırçılıq” kimi şüarlarla qarşılanıblar. Kral Filipp sel nəticəsində ciddi şəkildə zərər çəkmiş digər bir yer olan Çivaya səfər etməyi planlaşdırsa da, həmin səfər təxirə salınıb. Daha sonra Kral Filipp, Kral sarayının “Instagram” hesabında paylaşılan videoda etirazçıların “qəzəb” və məyusluğunu” başa düşdüyünü bildirib.

 

Valensiyada sel nəticəsində 215-dən çox insan həyatını itirib və bu, İspaniyanın son illərdə qarşılaşdığı ən böyük təbii fəlakətlərdən biri hesab olunur. Fövqəladə hallar işçiləri hələ də yeraltı avtodayanacaqlarda və tunellərdə sağ qalanları tapmaq və cəsədləri çıxarmaq ümidi ilə axtarışlarını davam etdirirlər. Fəlakət sonrası səlahiyyətlilərin daha öncədən xəbərdarlıq etmədikləri və dəstəyin kifayət qədər olmaması ilə bağlı yerli sakinlər arasında narazılıq yaranıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.