Harris ABŞ prezident seçkilərində səs verdi - VİDEO

ABŞ-ın hazırkı vitse-prezidenti, Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçkilərdə erkən səs verib.

 

Senzor.az bildirir ki, bu barədə Harris “X” hesabında paylaşdığı videomüraciətdə özü məlumat verib. 

 

Prezidentliyə namizəd seçkilərdə poçt vasitəsilə səs verib. 

 

O, seçkilərin gərgin olacağını desə də, öz qələbəsinə inandığını vurğulayıb. 

 

Harris, həmçinin amerikalıları mütləq seçki məntəqələrinə gedərək səs verməyə çağırıb. Bununla belə, o, ölkə vətəndaşlarına səsvermə zamanı internet resurslardan istifadə etmək imkanını da xatırladıb. 

 

Qeyd edək ki, Florida universitetinin yaydığı ən son məlumata görə, 75 milyondan çox amerikalı seçkilərdə erkən səs vermə imkanından istifadə edib. 

 

Xatırladaq ki, sabah ABŞ-də prezident seçkiləri keçiriləcək. Prezident postu uğrunda Kamala Harrislə Respublikaçılar partiyasından namizəd, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp mübarizə aparırlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.